Zaqatala ərazisində yerli vaxtla saat 14:51-də zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 4,1 olaraq müəyyən edilib.
Elpress.az xəbər verir ki, məlumat Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən açıqlanıb.
Mərkəzin məlumatına əsasən, zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib.
Qeyd olunub ki, baş verən təkanlar ərazidə hiss edilib.


