--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

FIFA U-15 Dünya Çempionatı ilə bağlı viza qaydaları sadələşdirildi

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 19:24 1014 baxış

Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduru sadələşdirilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, FIFA U-15 World Cup and Festival tədbiri ilə bağlı Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 22 sentyabr–5 noyabr 2026-cı il tarixlərində ölkənin beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər.Bunun üçün həmin şəxslər müəyyən edilmiş sənədlərdən ən azı birini təqdim etməlidirlər.Viza verilməsi üçün əsas kimi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, həmçinin FIFA-nın müvafiq qaydalarına uyğun elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçildiyini təsdiqləyən sənəd qəbul ediləcək.Sərəncamın icrası ilə əlaqədar Xarici İşlər Nazirliyinə də müvafiq tapşırıq verilib. Nazirlik viza prosedurunun sadələşdirilməsi barədə FIFA, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası və xarici dövlətlərin aidiyyəti qurumlarını məlumatlandırmalıdır.

Qeyd edək ki, sözügedən tədbir Azərbaycanda 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı kimi keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1109 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 1104 baxış “Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala […]

Zambiyalı futbolçu toyundan sonra itkin düşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:18 1048 baxış “Leççe”nin futbolçusu Lamek Banda iki həftədir əlaqə saxlamır Elpress.az xəbər verir ki, İtaliyanın “Leççe” klubunda çıxış edən zambiyalı futbolçu Lamek Banda ilə bağlı narahatlıq yaranıb.25 yaşlı […]

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 1125 baxış Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb. Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə […]