--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Latsio” müdafiə xəttini yeni transferlə gücləndirdi

Aysel Əlibəyli 03 İyul 2026 · 16:56 1116 baxış

İtaliyanın “Latsio” klubu yay transfer dönəmində heyətinə təcrübəli ispaniyalı müdafiəçi Alfonso Pedrasanı cəlb edib.

Elpress.az xəbər verir ki, İtaliya A Seriyasının təmsilçisi “Latsio” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Roma klubu heyətini ispaniyalı müdafiəçi Alfonso Pedraza ilə gücləndirdiyini rəsmən açıqlayıb.30 yaşlı futbolçu paytaxt təmsilçisinə azad agent statusunda qoşulub. Tərəflər arasında 3 illik müqavilə imzalanıb və təcrübəli müdafiəçinin qarşıdakı mövsümlərdə komandanın əsas heyət üzvlərindən biri olması gözlənilir.Qeyd edək ki, Alfonso Pedraza peşəkar karyerasının son 15 ilini “Vilyarreal” klubunda keçirib. O, bu müddətdə komandanın aparıcı futbolçularından biri kimi çıxış edib və həm ölkə çempionatında, həm də avrokuboklarda mühüm oyunlara çıxıb.İspaniyalı müdafiəçi ötən mövsüm La Liqada 27 qarşılaşmada meydana çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Latsio” rəhbərliyi onun təcrübəsinin komandanın müdafiə xəttinə əlavə güc qatacağına inanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda ağır qəza: 6 nəfər yaralandı

Next Article

“Kristal” və “Florim” strateji tərəfdaşlığa başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 20:01 1076 baxış Azərbaycan Peşəkar Boks Federasiyasının rəhbər heyətində dəyişiklik edilib. Prezident vəzifəsinə Vüsal Nəsirli, vitse-prezident postlarına isə Tural Mailov və İlkin Ağayev seçiliblər. Elpress.az xəbər verir ki, federasiyanın […]

İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:49 1088 baxış Tanınmış futbol xadimi Azərbaycan futbolunun inkişafına töhfələrinə görə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Azərbaycan futbolunun inkişafında xidmətləri ilə seçilən İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin […]

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Aysel Əlibəyli 28 May 2026 · 11:55 1206 baxış Azərbaycanın minifutbol milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu oynayacaq. ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi xəbərə görə, yığmamız F qrupunda Avstriya […]