--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

10 nəfərin öldüyü partlayış işi Ali Məhkəməyə çıxarılır

Aysel Əlibəyli 07 İyul 2026 · 22:48 1120 baxış

Bakıda faciəvi partlayışla bağlı yeni mərhələ: Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər

Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda 10 nəfərin ölümü, 23 nəfərin isə müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən ağır partlayış hadisəsi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Cinayət işi üzrə təqsirli bilinən şəxslər barələrində çıxarılmış məhkəmə hökmündən kassasiya şikayəti verərək Ali Məhkəməyə müraciət ediblər.Kassasiya şikayətləri “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və müəssisədə inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 1992-ci il təvəllüdlü Toğrul Rzayev tərəfindən təqdim olunub.Məlumata görə, işə Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə fəaliyyət göstərən məhkəmə kollegiyası baxacaq. Kassasiya şikayətləri üzrə ilkin baxış iclasının 15 iyul tarixinə təyin olunduğu bildirilib.Qeyd edək ki, sözügedən partlayış ölkədə son illərin ən ağır faciələrindən biri hesab olunur. Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kassasiya mərhələsində məhkəmə aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanunauyğunluğunu araşdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kuboku Argentinaya verin !”

Next Article

Bakı–Naxçıvan aviareysləri yenidən həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1058 baxış Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə […]

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Aysel Əlibəyli 27 May 2026 · 23:42 1144 baxış Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Göyçay rayonunun Şəkər kəndi ərazisində ilan sancması hadisəsi baş verib.Belə ki, kənd sakini, […]

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:26 1052 baxış Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda 12 yaşlı uşağın ölümü ilə nəticələnən hadisə baş verib. 2014-cü il təvəllüdlü E.C. yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən dəhlizin […]