--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Beynəlxalq böyrək alveri işi yenidən gündəmdə: Azərbaycana dair iddialar da araşdırılır

Aysel Əlibəyli 31 İyul 2026 · 10:26 1096 baxış

Beynəlxalq orqan alveri ilə bağlı uzun illərdir müzakirə olunan cinayət işi yenidən diqqət mərkəzinə gəlib.

Moskva məhkəməsində davam edən proses çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərdiyi iddia olunan şəbəkənin əlaqələri araşdırılır.

Elpress.az xəbər verir ki, istintaq materiallarında adı hallanan şəxslərdən biri Türkiyə vətəndaşı, transplantoloq Yusuf Sönməzdir. İddialara görə, o, vaxtilə Azərbaycanda fəaliyyət göstərən “Nur” klinikasında qanunsuz transplantasiya əməliyyatlarında iştirak edib.İş üzrə digər əsas fiqurlardan olan İsrail vətəndaşı Moşe Harel donorlarla xəstələr arasında əlaqələrin qurulmasında iştirak etməkdə, Boris Volfman isə beynəlxalq şəbəkənin təşkilati fəaliyyətində rol almaqda şübhəli bilinir.

Məlumata əsasən, Rusiya İstintaq Komitəsi bir neçə Rusiya vətəndaşını zərərçəkmiş şəxs kimi tanıyıb. İddia olunur ki, onlar sosial vəziyyətlərindən istifadə edilərək donor kimi bu prosesə cəlb olunublar.İstintaqın diqqət mərkəzində Kosovo, Türkiyə, İsrail, Rusiya və digər ölkələri əhatə edən mümkün əlaqələr dayanır. Məhkəmə prosesində yeni ifadələrin, maliyyə əlaqələrinin və digər şəxslərlə bağlı məlumatların üzə çıxacağı istisna edilmir.

Qeyd edək ki, hazırda səsləndirilən məlumatlar istintaq materiallarına əsaslanır və məhkəmə araşdırması davam edir.

Məhkəmənin yekun qərarı açıqlanana qədər təqsirləndirilən şəxslərin hüquqi statusu barədə qəti nəticə yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərkəzi Bank uçot faiz dərəcəsini dəyişmədi

Next Article

İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici saytlara kiberhücum edən iki gənc saxlanılıb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:58 1088 baxış DİN-dən kiberəməliyyat: 2400-dən çox xarici veb-saytın serverlərinə müdaxilə edən iki gənc tutulub Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində […]

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:31 1134 baxış Serialdakı MİT zabiti obrazının Kaşif Kozinoğlundan ilhamlandığı iddia olunur Elpress.az xəbər verir ki, Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında […]