--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Jurnalistin səhhəti pisləşib

Aysel Əlibəyli 19 İyul 2026 · 16:50 1106 baxış

Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətinin pisləşdiyi bildirilir

Elpress.az xəbər verir ki,

Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.Onun anası Zemfira İsrafilovanın sözlərinə görə, Azər İsrafilov Hepatit C xəstəliyindən əziyyət çəkir və son günlər ağrıları artıb. Bildirilir ki, o, bir müddət əvvəl tibbi müayinədən və müalicədən keçirilsə də, vəziyyətində yaxşılaşma olmayıb.Ana oğlunun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyərək aidiyyəti qurumlara müraciət edib. Onun sözlərinə görə, Azər İsrafilov hazırda yemək yeyə bilmir, iştahasızlıqdan əziyyət çəkir və səhhəti getdikcə ağırlaşır.Qeyd edək ki, Azər İsrafilov 2025-ci ilin fevral ayında həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Next Article

“Azərsilah” poliqonunda yanğın baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xocavənddə minatəmizləyən minaya düşdü

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:32 1102 baxış İşğaldan azad edilmiş Xocavənddə özəl şirkətin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb Elpress.az xəbər verir ki, Xocavənd rayonu ərazisində növbəti mina incidenti qeydə alınıb. Azərbaycan Respublikasının […]