İmişlinin Rəsullu kəndində faciəvi qəza: Velosiped sürən 5 yaşlı Ömər Xəlilov traktorla toqquşaraq vəfat edib
Elpress.az xəbər verir ki, İmişli rayonunun Rəsullu kəndində bədbəxt hadisə qeydə alınıb. Kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosiped sürərkən hərəkətdə olan traktora dəyib. Qəza nəticəsində ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


