--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Elşən 20 May 2026 · 15:16 1173 baxış

Dövlət İmtahan Mərkəzi 17 may 2026-cı il tarixində keçirilmiş magistratura qəbul imtahanının ilkin nəticələrini açıqlayıb. DİM-dən verilən məlumata görə, bakalavrların nəticələri qapalı və kodlaşdırıla bilən açıq tipli ümumilikdə 95 tapşırıq üzrə hesablanaraq elan edilib.

Bu barədə Elpress.az Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, namizədlər imtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi platforması vasitəsilə tanış ola bilərlər. Bununla yanaşı, iştirakçılar mobil operatorlar – Azercell, Bakcell və Nar üzərindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərərək də topladıqları bal barədə məlumat əldə edə bilərlər.

DİM bildirib ki, yekun nəticələr xarici dil fənləri üzrə yazılmış esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim ediləcək. Esse mərhələsinin qiymətləndirilməsi təxminən 6 həftə davam edəcək və bundan sonra iştirakçıların yekun imtahan balı müəyyənləşdiriləcək. Qaydalara əsasən, qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə maksimum 95, esse üzrə isə 5 bal toplamaq mümkündür.

Həmçinin qeyd olunub ki, imtahan nəticələri ilə bağlı apellyasiya müraciətləri üçün şərait yekun bal elan edildikdən sonra yaradılacaq. Bakalavrlar yalnız yekun nəticələr açıqlanandan sonra apellyasiya prosesinə müraciət edə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Next Article

WUF13 çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda və bölgələrdə ağaclar qanunsuz kəsildi

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 19:05 1090 baxış Elpress.az xəbər verir ki, son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz […]

Tiktoker Müjgan 10 sutka həbs cəzası alıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:08 1094 baxış Sabunçuda saxlanılan tiktoker inzibati qaydada həbs edilib Elpress.az xəbər verir ki, Tiktoker Müjgan Məmmədzadə inzibati xəta törətdiyinə görə məsuliyyətə cəlb olunub.1992-ci il təvəllüdlü Müjgan Əziz qızı […]

Narkotik əməliyyatlarında 6 nəfər saxlanılıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:20 1112 baxış Əməliyyatlar zamanı 132 kiloqram narkotik və 6080 ədəd həb aşkarlanıb Elpress.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti […]