--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 1250 baxış

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və müxtəlif dayanacaqlardan Gürcüstana səfər edən sərnişinlər üçün fərqli tariflər tətbiq olunacaq.

Elpress.az-ın məlumatına əsasən, Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum gediş haqqı 81 manat təşkil edir. Digər marşrutlar üzrə isə Yevlax–Tbilisi istiqamətində biletin qiyməti 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi marşrutu üzrə 57 manat, Böyük Kəsik–Qardabani istiqamətində isə 51 manat müəyyən edilib. Qiymətlər vaqonun komfort səviyyəsinə uyğun olaraq dəyişə bilər.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommünikeyə uyğun olaraq, 26 may 2026-cı il tarixindən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin qatarının fəaliyyəti yenidən bərpa ediləcək. Uzun fasilədən sonra dəmir yolu əlaqəsinin açılması hər iki ölkə arasında sərnişin daşımalarının genişlənməsinə və turizm əlaqələrinin daha da inkişafına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 iştirakçısı: “Azərbaycanın yenidənqurma təcrübəsi digər ölkələr üçün faydalıdır

Next Article

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:32 1102 baxış Pərviz Şahbazov: Birgə layihələr iki ölkənin enerji inteqrasiyasını gücləndirir Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini daha da artırıb.Energetika naziri Pərviz Şahbazov […]

Aİ Orta Dəhlizə 12 milyard avroyadək investisiya cəlb edəcək

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:57 1088 baxış Aİ marşrut üzrə ticarət axınlarını üç dəfə artırmağı planlaşdırır Elpress.az xəbər verir ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirən Orta […]

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 1228 baxış Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye […]

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:01 1148 baxış Ağdaşın sosial-iqtisadi potensialının inkişafı üzrə təkliflər hazırlanır Elpress.az xəbər verir ki, Ağdaş rayonunun uzunmüddətli sosial-iqtisadi inkişaf imkanlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun […]