--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Lənkəranda ağır qəza: sürücü hadisə yerində həyatını itirdi

Aysel Əlibəyli 07 İyun 2026 · 00:13 1262 baxış

Lənkəran rayonunda qeydə alınan yol qəzası bir nəfərin ölümü ilə nəticələnib.

Elpress.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara avtomobil yolunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.Məlumata görə, Zövlə kənd sakini, 64 yaşlı Elşad Kişi oğlu Salayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən qəfil istiqamətini itirərək yol kənarındakı ağaca çırpılıb, daha sonra isə kanala düşüb.Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun nəşi müvafiq prosedurların həyata keçirilməsi üçün aidiyyəti qurumlara təhvil verilib.İlkin ehtimallara əsasən, sürücünün səhhətində yaranan problem qəzanın baş verməsinə səbəb olub. Bununla belə, ölümün və hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oğlunun yasından çıxmamış ata da həyatını itirdi

Next Article

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tiktoker Müjgan 10 sutka həbs cəzası alıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:08 1096 baxış Sabunçuda saxlanılan tiktoker inzibati qaydada həbs edilib Elpress.az xəbər verir ki, Tiktoker Müjgan Məmmədzadə inzibati xəta törətdiyinə görə məsuliyyətə cəlb olunub.1992-ci il təvəllüdlü Müjgan Əziz qızı […]

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 1161 baxış Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli […]

Həcc ziyarəti üçün son zəvvar qrupu Məkkəyə çatdı

Elşən 22 May 2026 · 09:27 1170 baxış Elpress.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, azərbaycanlı zəvvarları daşıyan yeddinci və son təyyarə artıq […]