--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Aysel Əlibəyli 03 İyul 2026 · 17:17 1120 baxış

Bakının Nizami rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb.

Elpress.az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı yeni məlumat açıqlanıb.TƏBİB-in məlumatına görə, hadisə ilə əlaqədar iyulun 2-də saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qara Qarayev prospektindən çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası göndərilib.Tibb işçiləri tərəfindən müxtəlif dərəcəli müştərək travmalar alan üç nəfər – iki qadın və bir kişi Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Xəstəxanada onlara zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər bir şəxs isə yazılı iltizam əsasında stasionar müalicədən imtina edib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyərək bildirib ki, qəza iyulun 2-də saat 19:50 radələrində Qara Qarayev prospektində qeydə alınıb.İlkin araşdırmalara əsasən, Rakif Səlifovun idarə etdiyi “Chevrolet”, Tapdıq Süleymanovun idarə etdiyi “Ford”, Almara Yusifovanın idarə etdiyi “Hyundai” və Tural Abışzadənin idarə etdiyi “Changan” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Chevrolet” markalı avtomobilin sürücüsü Rakif Səlifov, həmin nəqliyyat vasitəsinin sərnişini Fərqanə İsayeva və “Hyundai” markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Baş vermiş yol-nəqliyyat hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Next Article

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:13 1058 baxış Mal-qara otaran 73 yaşlı kişi minaya düşərək xəsarət alıb Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib.Hadisə minalardan təmizlənməmiş ərazidə qeydə […]

Hökməlidə avtoyuma məntəqəsində yanğın söndürülüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:36 1064 baxış Hökməli qəsəbəsində BMW markalı avtomobildə baş verən yanğın obyektə yayılmadan söndürülüb. Elpress.az xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən avtoyuma məntəqəsində BMW markalı minik avtomobilində […]

Qaradağda 4 mindən çox qəlyan tütünü aşkarlanıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:41 1052 baxış 4263 ədəd qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Elpress.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən […]

Müəllimi güllələyən şagirdlə bağlı qərar

Aysel Əlibəyli 24 İyul 2026 · 11:41 1072 baxış “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsi qismən qapalı keçiriləcək Elpress.az xəbər verir ki, Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesinin […]