--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

AMB: BOKT-ların regionlardakı əhatə dairəsi bəzi banklardan genişdir

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:07 1118 baxış

Xəyyam İsmayılov: BOKT sektorunda 4 mindən çox şəxs çalışır

Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) regionlarda təmsilçilik səviyyəsi bəzi banklarla müqayisədə daha yüksəkdir.Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, BOKT-ların regionlarda geniş təmsil olunması maliyyə xidmətlərinə çıxışı məhdud olan əhalinin bu xidmətlərdən yararlanmasına imkan verir.Onun sözlərinə görə, hazırda BOKT sektorunda 4 mindən çox şəxs çalışır və bu göstərici üzrə artım müşahidə edilir.AMB rəsmisi sektor üzrə məlumatların açıqlığının da artırıldığını qeyd edib. Bildirib ki, Mərkəzi Bank BOKT-ların mənfəət və zərər, balans və digər maliyyə göstəricilərini ictimaiyyətə açıqlayır.Xəyyam İsmayılovun sözlərinə görə, maliyyə məlumatlarının ictimailəşdirilməsi BOKT-ların fəaliyyətində intizamın yüksəldilməsinə və sektorun sağlamlaşdırılmasına xidmət edir.O əlavə edib ki, son illərdə BOKT-larda korporativ idarəetmə və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Next Article

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neft bazarında geriləmə: “Brent” və WTI ucuzlaşdı

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 08:50 1108 baxış Dünya bazarlarında neftin qiymətində azalma qeydə alınıb. Beynəlxalq birjalarda aparılan ticarət əməliyyatları zamanı həm “Brent”, həm də ABŞ-ın WTI markalı neftinin fyuçers müqavilələri üzrə qiymətləri aşağı […]

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 1187 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

Bu gün Azərbaycanda Neftçilər Günüdür

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:04 1136 baxış Elpress.az xəbər verir ki, hər il sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışanların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu tarixin neftçilərin peşə bayramı kimi […]

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi

Aysel Əlibəyli 14 İyul 2026 · 14:28 1148 baxış Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyalarının ödənişini həyata keçirib Elpress.az xəbər verir ki , Respublikanın digər bölgələri və güzəştli […]