--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Səfərbərlik Xidmətinin sabiq əməkdaşı azadlığa buraxılıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:47 1012 baxış

Araz Kərimli 6 min manat cərimə edilib, cəzası 3 min manatla əvəzlənib

Elpress.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin sabiq əməkdaşı Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən iclasda iş üzrə hökm elan olunub.Məhkəmənin hökmü ilə Araz Kərimli 6 min manat məbləğində cərimə cəzasına məhkum edilib. Onun həbsdə olduğu müddət nəzərə alınaraq cəza 3 min manat məbləğində cərimə ilə əvəzlənib. Bununla da Kərimli məhkəmə zalından azadlığa buraxılıb.Araz Kərimli ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Daha sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə, yəni vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və ya nüfuz alverində ittiham olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB uçot dərəcəsini dəyişməyib

Next Article

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İrandan Rusiyaya gedən yük maşınında 25 kq marixuana tapıldı

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:12 1040 baxış Astara gömrüyündə bibər yeşiklərinin altında gizlədilən külli miqdarda narkotik aşkarlanıb Elpress.az xəbər verir ki, Astara Gömrük İdarəsinin əməkdaşları İran–Rusiya marşrutu üzrə tranzit daşınan yük maşınında narkotik […]

Füzulidə qəza: ANAMA əməkdaşı həyatını itirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:14 1032 baxış “Mercedes” idarəetmədən çıxaraq ağaclara çırpılıb, sürücü hadisə yerində ölüb Elpress.az xəbər verir ki, Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində […]

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Aysel Əlibəyli 18 İyun 2026 · 19:46 1118 baxış Paytaxtın Sabunçu rayonunda göz qapağı geyimin zəncirbəndinə ilişən şəxsə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yardım göstərilib. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı FHN-in “112” qaynar […]

Lənkəranda alov magistralı bürüdü: Yanğın sürətlə genişlənir

Aysel Əlibəyli 04 İyul 2026 · 19:40 1086 baxış Lənkəranda yeni Ələt–Astara magistralının şəhər ərazisindən keçən hissəsində genişmiqyaslı yanğın qeydə alınıb. Elpress.az xəbər verir ki, ilkin məlumata əsasən, yol kənarında yerləşən açıq ərazidə quru ot […]