--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Samuxdakı dəhşətli qəzanın təfərrüatı: 3 ölü, 1 yaralının vəziyyəti orta ağırdır

Aysel Əlibəyli 09 İyul 2026 · 11:22 1148 baxış

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi üç nəfərin həyatına son qoyub, bir nəfər isə xəstəxanada müalicə olunur.

Elpress.az xəbər verir ki, qəza rayon ərazisində “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Əliyeva həyatını itirib.

Qəza nəticəsində xəsarət alan iki nəfər ilkin olaraq Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara təcili tibbi yardım göstərildikdən sonra daha ixtisaslı müalicə üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə ediliblər.

TƏBİB-in məlumatına əsasən, yaralılardan biri müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər yaralının müalicəsi isə davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan üç nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, bir yaralı isə xilas edilərək həkimlərə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Beşiktaş”dan səs-küylü transfer: Almaniya millisinin qapıçısı imza atdı

Next Article

Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edilib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:45 1131 baxış FHN xilasediciləri uşaqları qonşu eyvandan mənzilə daxil olaraq çıxarıblar Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında iki azyaşlı mənzildə bağlı qapı […]

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Aysel Əlibəyli 16 İyun 2026 · 00:03 1148 baxış Göyçay rayonunda qeyri-sabit hava şəraiti bir sıra problemlərə yol açıb. Axşam saatlarında yağan leysan və müşahidə olunan güclü külək müxtəlif ərazilərdə fəsadlar törədib. Elpress.az APA-ya istinadən […]

Britaniya helikopterin qəzaya uğraması

Aysel Əlibəyli 03 İyun 2026 · 18:41 1189 baxış Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə aid helikopter ölkənin cənub-qərb bölgəsində qəzaya düşüb və hadisə nəticəsində üç hərbçi həyatını itirib. Böyük Britaniya Müdafiə Nazirliyi baş vermiş […]

Goranboyda avtomobil qəzaya düşüb

Aysel Əlibəyli 28 İyul 2026 · 14:06 1070 baxış Bakı-Qazax magistralında baş verən qəzada iki nəfər xəsarət alıb Elpress.az xəbər verir ki, Goranboy rayonunda “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. […]