FHN xilasediciləri uşaqları qonşu eyvandan mənzilə daxil olaraq çıxarıblar
Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar.Hadisə yerində məlum olub ki, mənzildə olan uşaqlar giriş qapısının döyülməsinə və telefon zənglərinə cavab vermirlər.Xilasedicilər xüsusi alpinist avadanlıqlarından istifadə edərək doqquzmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olublar.Mənzildə 2018 və 2019-cu il təvəllüdlü iki uşaq yatmış vəziyyətdə aşkar edilib. Azyaşlılar təhlükəsiz şəkildə xilas edilərək yaxınlarına təhvil veriliblər.


