--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Aysel Əlibəyli 16 İyun 2026 · 00:03 1178 baxış

Göyçay rayonunda qeyri-sabit hava şəraiti bir sıra problemlərə yol açıb. Axşam saatlarında yağan leysan və müşahidə olunan güclü külək müxtəlif ərazilərdə fəsadlar törədib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar güclü küləyin təsirindən aşaraq yolun hərəkət hissəsini bağlayıb. Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.Əraziyə operativ xidmət əməkdaşları cəlb olunub. Hazırda aşan ağacların ərazidən götürülməsi və yol hərəkətinin tam bərpası istiqamətində işlər aparılır.Təbiət hadisəsinin fəsadları rayonun Yeniarx kəndində də hiss olunub. Belə ki, qırılan ağacların elektrik xətlərinin üzərinə düşməsi səbəbindən kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.Sakinlərin verdiyi məlumata görə, güclü külək bəzi yaşayış evlərinin və yardımçı tikililərin dam örtüklərinə zərər vurub. Bundan əlavə, aşan ağaclardan biri minik avtomobilinə ziyan yetirib.İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacı: Ruhun libası

Next Article

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü

Aysel Əlibəyli 03 İyul 2026 · 17:25 1136 baxış Bakının Nizami rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Elpress.az xəbər verir ki, Bakının Nizami […]

Goranboyda avtomobil dərəyə aşdı: sərnişin həyatını itirdi

Aysel Əlibəyli 03 Noyabr 2026 · 21:34 1034 baxış Goranboy rayonunda baş verən ağır yol qəzası ölümlə nəticələnib. Elpress.az xəbər verir ki, hadisə Todan kəndi ərazisində qeydə alınıb. “Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib […]