--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Meşə yanğınları Türkiyəni cənginə aldı: Minlərlə hektar ərazi məhv olub

Aysel Əlibəyli 28 İyun 2026 · 14:30 1188 baxış

Elpress.az xəbər verir ki, Türkiyədə son dövrlərdə qeydə alınan meşə yanğınları ölkənin təbii sərvətlərinə ciddi ziyan vurub. Rəsmi məlumatlara görə, baş verən 3 min 224 meşə yanğını nəticəsində 40 min 32 hektar meşə sahəsi tamamilə məhv olub.

Məlumata əsasən, yanğınların böyük hissəsi insan amili, xüsusilə də səhlənkarlıq səbəbindən baş verib. Təkcə ehtiyatsız davranışlar minlərlə hektar meşənin yanaraq külə dönməsinə gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, son illərdə iqlim dəyişikliyi, havanın temperaturunun yüksəlməsi və rütubətin azalması meşə yanğınlarının daha sürətlə yayılmasına şərait yaradır. Bu səbəbdən Türkiyənin bir çox bölgəsində yanğın təhlükəsi yüksək olaraq qalır.

Rəsmi statistikaya görə, meşə yanğınları qəsd, qəza, səhlənkarlıq, təbii amillər və səbəbi müəyyən edilməyən hadisələr nəticəsində meydana gəlir. Lakin ən ağır nəticələr məhz səhlənkarlıqdan qaynaqlanan yanğınlarda qeydə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Next Article

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həzi Aslanov metrosu yaxınlığında yanğın

Aysel Əlibəyli 23 Avqust 2026 · 22:24 1072 baxış Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Elpress.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən binalardan birində qeydə […]

Fransada iğtişaşlar fonunda saxlanılanların sayı 780 nəfərə çatıb

Aysel Əlibəyli 31 May 2026 · 18:33 1158 baxış PSJ-nin Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda polis fanatlara qarşı sərt tədbirlər görüb. Reuters-in yaydığı məlumata görə, Paris və digər şəhərlərdə […]