--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Aysel Əlibəyli 28 İyun 2026 · 14:18 1107 baxış

Avqustda nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə yoxa çıxacaq

Elpress.az xəbər verir ki, avqustun 12-də dünyanın bəzi bölgələrində nadir astronomik hadisə – tam Günəş tutulması müşahidə olunacaq.

Xarici KİV-in məlumatına görə, Arktika, Qrenlandiya, İslandiya, eləcə də İspaniya və Portuqaliyanın bəzi ərazilərində yaşayanlar və turistlər bu unikal təbiət hadisəsini izləmək imkanı əldə edəcəklər.

Astronomların bildirdiyinə görə, tam tutulma mərhələsi 2 dəqiqə 18 saniyəyədək davam edəcək. Ən uzun müşahidə müddətinin İslandiya yaxınlığında qeydə alınacağı gözlənilir.

Qeyd olunur ki, bu, İslandiyada 1954-cü ildən, İspaniyada isə 1905-ci ildən bəri baş verəcək ilk tam Günəş tutulması olacaq.

Maraqlıdır ki, həmin gün həm də Perseid meteor yağışının pik dövrünə təsadüf edir. Mütəxəssislər bildirirlər ki, bu iki astronomik hadisənin eyni vaxta düşməsi səma müşahidəçiləri üçün nadir və unikal şərait yaradacaq.

Ekspertlər Günəş tutulmasını izləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Qismən tutulma mərhələsində yalnız xüsusi qoruyucu eynəklər və ya sertifikatlı günəş filtrlərindən istifadə edilməlidir.

Tam Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçərək günəş diskini tamamilə örtməsi nəticəsində baş verir. Bu zaman Günəşin xarici atmosferi – tacı çılpaq gözlə görünə bilir.

Bununla belə, Avropanın əksər ölkələrində, həmçinin Şimal-Qərbi Afrika, Kanada və ABŞ-ın şimal hissəsində bu hadisə yalnız qismən Günəş tutulması şəklində müşahidə ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qabiliyyət imtahanı ilə bağlı dəyişiklik – DİM tarixləri ertələdi

Next Article

Meşə yanğınları Türkiyəni cənginə aldı: Minlərlə hektar ərazi məhv olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sənan Əsədzadə ilə bağlı saxlanılma qərarı icra olunub.

Aysel Əlibəyli 22 May 2026 · 21:34 1148 baxış Daha əvvəl barəsində çoxsaylı şikayətlər yayılan Sənan Əsədzadə Misirin paytaxtı Cairo şəhərində saxlanılıb. Elpress.az -ın Milli.az – a istinadən verdiyi məlumata görə, o, xaricdən avtomobil gətirmək […]

Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:31 1048 baxış Zabratda aşkarlanan şəxsin ölüm səbəbi araşdırılır Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 42 yaşlı kişinin meyiti aşkarlanıb.Ramil Firdovsi oğlu Salmanovun meyiti qəsəbə ərazisindəki […]

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:12 1082 baxış “Qırmızı Körpü” postunda yük avtomobilindən yüzlərlə dərman vasitəsi çıxıb Elpress.az xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı bəyan edilmədən ölkəyə keçirilməsinə cəhd göstərilən […]