Elpress.az xəbər verir ki, sentyabrın 28-də Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir işləri ilə əlaqədardır. Görüləcək işlərin əsas məqsədi enerji təchizatının keyfiyyətinin yüksəldilməsi və artan elektrik tələbatının qarşılanmasıdır.
Yasamal rayonunda Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunun Keşlə qəsəbəsində, Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində isə fasilə 09:00-dan 15:00-dək davam edəcək.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.


