--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:37 1058 baxış

Qeysəriyyə əməliyyatından sonra səhhəti ağırlaşan 28 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb

Elpress.az xəbər verir ki, “Baku Medical Plaza”da qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.Məlumata görə, qadının əməliyyatdan sonra beyninə qan sızıb və o, 20 gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun yeni doğulan övladının vəziyyətinin stabil olduğu bildirilib.Şəhla Quliyevanın yaxınları əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi ilə bağlı mətbuata müraciət edərək klinikanın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Yaxınlarının iddiasına əsasən, əməliyyatdan təxminən 20 saat sonra qadının arterial təzyiqi 200-dən yuxarı qalxıb və beyninə güclü qanaxma baş verib. Qanaxmanın beyin kötüyünə ciddi zərər vurduğu və ona beyin ölümü diaqnozu qoyulduğu bildirilib.“Baku Medical Plaza” isə ittihamlarla bağlı açıqlamasında qeyd edib ki, Şəhla Quliyeva hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib və müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb. Klinikanın məlumatına görə, iyulun 28-də tibbi göstərişlər və mövcud klinik protokollar əsasında qeysəriyyə əməliyyatı həyata keçirilib.Klinikanın açıqlamasında əməliyyatdan sonra pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma müşahidə olunduğu, aparılan müayinələr nəticəsində isə III dərəcəli mitral qapaq çatışmazlığının müəyyən edildiyi bildirilib. Bunun ardınca həkim konsiliumu keçirilib və pasiyentin həmin klinik vəziyyətdə cərrahi müdaxiləyə uyğun olmadığı qənaətinə gəlinib.Qeyd edək ki, Şəhla Quliyeva “Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Next Article

Könül Qasımova yenidən həbs olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nərimanovun keçmiş icra başçısı vəfat edib

Aysel Əlibəyli 16 May 2026 · 00:59 1127 baxış Uzun illər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmiş Zülfüqar Kazımov vəfat edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə […]

Sabirabad xəstəxanasının sabiq direktoruna 186 min manatlıq ittiham

Aysel Əlibəyli 28 İyul 2026 · 18:20 1056 baxış Sabirabad Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Həsən Hüseynovun külli miqdarda mənimsəmə ittihamı üzrə cinayət işi məhkəmə baxışına çıxarılır. Elpress.az xəbər verir ki, istintaqın materiallarına əsasən, Həsən […]

Hacıqabuldakı yanğına qarşı geniş əməliyyat

Aysel Əlibəyli 08 İyun 2026 · 16:41 1126 baxış Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın hadisəsinin qısa müddətdə lokallaşdırılması və alovun daha geniş sahələrə yayılmasının qarşısının alınması məqsədilə ətraf rayonlardan əlavə yanğınsöndürmə texnikaları və […]

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verdi

Aysel Əlibəyli 24 İyul 2026 · 18:54 1066 baxış Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb. Elpress.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun […]