--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qara dənizdə azərbaycanlı kapitan həlak oldu

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 12:42 1010 baxış

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında yük gəmisinə edilən dron hücumu azərbaycanlı dənizçinin ölümü ilə nəticələnib.

Elpress.az xəbər verir ki, Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı gəmi hücuma məruz qalıb. Hadisə zamanı gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm Həsənov həyatını itirib.

Hücumdan sonra 2002-ci il təvəllüdlü Məhəmməd Süleyman­zadə ilə əlaqə kəsilib. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Gəmidəki digər azərbaycanlı ekipaj üzvləri xilas olunub. Onlardan üç nəfər tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Royad Məmmədov” gəmisinin ISM meneceri kimi “Palmal Gemicilik ve Acentelik” şirkəti göstərilir. Şirkətlər qrupunun təsisçisi azərbaycanlı iş adamı Mübariz Mənsimovdur.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı aidiyyəti qurumlarla koordinasiya işlərini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:00 1034 baxış Xaricdə işə düzəltmək vədi ilə şəxslərdən pul aldığı iddia edilən şəxsin məhkəməsi başlayır Elpress.az xəbər verir ki, Turizm şirkətinin rəhbəri Tural Abbasovun xaricdə işə düzəltmək və […]

Göygöldə 64 yaşlı kişi çaya düşərək ölüb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:40 1066 baxış Topalhəsənlidə mal-qaranı örüşə aparan kişi bədbəxt hadisə nəticəsində həyatını itirib Elpress.az xəbər verir ki, Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Hadisə Topalhəsənli kəndində qeydə alınıb. […]

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Aysel Əlibəyli 08 İyun 2026 · 17:05 1124 baxış Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin həyata keçirdiyi nəzarət və profilaktik tədbirlər nəticəsində toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri […]

Bakıda avtobus yük maşınına çırpılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:11 1078 baxış Buzovna qəsəbəsində marşrut avtobusu yük avtomobilinə çırpılıb, avtobusa ciddi ziyan dəyib. Elpress.az xəbər verir ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata […]