Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin liderlərindən Hidayət Heydərov mübarizəyə qələbə ilə başlayıb.
Elpress.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Olimpiya və dünya çempionu ilk görüşündə Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.
Azərbaycanlı cüdoçu rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib. Heydərov 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Bakıda təşkil olunan dünya çempionatının üçüncü günündə Azərbaycanı 57 kq çəki dərəcəsində Xədicə Qədəşova, 73 kq-da isə Hidayət Heydərov və Rəşid Məmmədəliyev təmsil edir.


