--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Tupak Şakurun qətli ilə bağlı məhkəmə başladı

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:34 1080 baxış

Reperin ölümünü təşkil etməkdə ittiham olunan Dueyn Kit Deyvisin işi üzrə ilk məhkəmə iclası keçirilib

Elpress.az xəbər verir ki, ABŞ-nin Nevada ştatında məşhur amerikalı reper Tupak Şakurun 1996-cı ildə öldürülməsi ilə bağlı məhkəmə prosesi başlayıb.İş üzrə “South Side Compton Crips” qruplaşmasının keçmiş rəhbəri Dueyn Kit Deyvis (“Keffe D”) ittiham olunur. İlk iclas zamanı ittiham tərəfi bildirib ki, Deyvis atəş açan şəxs olmasa da, qardaşı oğlunun döyülməsinə cavab olaraq Tupak Şakura qarşı hücumu planlaşdırıb.63 yaşlı Deyvis isə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, o, ömürlük həbs cəzası ilə üzləşə bilər.Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda avtomobildə olarkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. 25 yaşlı reper aldığı güllə yaralarından sentyabrın 13-də vəfat edib.Deyvis 2023-cü ildə saxlanılıb. Ondan əvvəl onun evində aparılan axtarış zamanı bir neçə kompüter, fotoşəkillərin olduğu qutular və Tupak Şakurla əlaqəli materiallar müsadirə edilmişdi.Qeyd edək ki, Deyvis həbsindən sonra Tupakın öldürülməsinin sifarişini məşhur reper Şon Kombsun (“P. Diddy”) verdiyini iddia edib. Bu iddia ilə bağlı isə ayrıca hüquqi qiymətləndirmələr mövcuddur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Next Article

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ronaldo və Corcina evlənir

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:32 1064 baxış Kriştiano Ronaldo və Corcina Rodrigesin toy mərasiminin vaxtı və yeri məlum olub Elpress.az xəbər verir ki, Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo uzun illərdir birlikdə olduğu Corcina […]

Romeo Bekhem Hollivuda addım atdı

Aysel Əlibəyli 24 İyun 2026 · 11:56 1096 baxış Elpress.az xəbər verir ki, əfsanəvi futbolçu David Beckham və keçmiş Victoria Beckhamın oğlu, 23 yaşlı Romeo Beckham aktyorluq sahəsində debüt etməyə hazırlaşır. Futbol, tennis və modellik […]

Rza baba və komandası üçün şok sonluq: “Şəhid oldular”

Aysel Əlibəyli 06 İyun 2026 · 11:10 1172 baxış Türkiyədə uzun illərdir yayımlanan “Arka Sokaklar” serialının 751-ci bölümü emosional səhnələrlə yadda qalıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mövsüm finalında serialın əsas qəhrəmanları olan polis […]

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Aysel Əlibəyli 07 İyul 2026 · 13:14 1138 baxış Müğənni İradə İbrahimova ailəsində baş verən ağır itki ilə bağlı kədərini ictimaiyyətlə bölüşüb. Elpress.az xəbər verir ki, sənətçinin xalası vəfat edib. İradə İbrahimova sosial şəbəkə hesabında […]