--:--:-- | 17 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Hacıqabuldakı yanğına qarşı geniş əməliyyat

Aysel Əlibəyli 08 İyun 2026 · 16:41 1110 baxış

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın hadisəsinin qısa müddətdə lokallaşdırılması və alovun daha geniş sahələrə yayılmasının qarşısının alınması məqsədilə ətraf rayonlardan əlavə yanğınsöndürmə texnikaları və canlı qüvvə cəlb olunub.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə günorta saatlarında Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində yerləşən açıq sahədə qeydə alınıb. İlkin məlumata görə, kol-kos örtüyünün sıx olduğu ərazidə və istifadəyə yararsız avtomobil şinlərinin toplandığı sahədə başlayan yanğın qısa müddət ərzində genişlənərək ətraf ərazilərə yayılıb. Güclü alov nəticəsində təxminən 6 hektara yaxın ərazi yanaraq zərər görüb. Yanğının təsirindən yüksəkgərginlikli elektrik naqillərindən biri qırılıb ki, bu da vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub.Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və alovu nəzarət altına almaq məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul, Şirvan, Sabirabad və Salyan rayon Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyəti cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın nəzarətə götürülüb, alovun yaxınlıqda yerləşən neft quyularına və fermer təsərrüfatlarına keçməsinin qarşısı alınıb.Hazırda ərazidə yanğının tam söndürülməsi, təhlükənin tam aradan qaldırılması və mümkün yenidən alışma riskinin qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yağışlı və dolulu hava xəbərdarlığı

Next Article

Bakcell-in yeni rəhbəri bəlli oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdama növbəti köç karvanı çatdı

Elşən 26 May 2026 · 07:31 1127 baxış İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı mərhələli şəkildə davam edir. Elpress.az-ın Azərtac -a istinadən verdiyi məlumata görə, növbəti köç mərhələsində Ağdam şəhərinə […]

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:30 1048 baxış Gədəbəydə 1992-ci ildə törədilən qətlin üstü açılıb Elpress.az xəbər verir ki, Gədəbəydə uzun illər əvvəl baş vermiş qətl hadisəsi yenidən araşdırılaraq açılıb. Cinayətin törədilməsindən 34 il […]

Sahədə soğan yığarkən həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 14:42 1046 baxış Ağdamda soğan yığımı zamanı halı pisləşən qadın hadisə yerində ölüb. Elpress.az xəbər verir ki, Ağdam rayonunda bədbəxt hadisə baş verib. Hadisə Mərzili kəndi ərazisində qeydə alınıb. […]