--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabirabad xəstəxanasının sabiq direktoruna 186 min manatlıq ittiham

Aysel Əlibəyli 28 İyul 2026 · 18:20 1086 baxış

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Həsən Hüseynovun külli miqdarda mənimsəmə ittihamı üzrə cinayət işi məhkəmə baxışına çıxarılır.

Elpress.az xəbər verir ki, istintaqın materiallarına əsasən, Həsən Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək 186 min manat məbləğində vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Məlumata görə, təqsirləndirilən şəxs istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) ilə yekun ittiham irəli sürülüb.Həsən Hüseynov barəsində istintaq müddətində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Səfərli baxacaq. Hazırlıq iclasının iyulun 31-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında maliyyə pozuntuları ilə bağlı digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması da hazırda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“İdrak” liseyində baş verən silahlı insident: Silah sahibinə hökm oxundu

Next Article

Bakının dörd əsas magistralında nəqliyyatın hərəkəti çətinləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdaşda kabab hazırlığı faciə ilə bitdi

Aysel Əlibəyli 27 May 2026 · 14:56 1152 baxış Ağdaşda kabab bişirib bayram keçirmək istəyi ana və övlad üçün ağır nəticələrə səbəb olub. Elpress.az-ın məlumatına əsasən, hadisə rayon mərkəzində — Nizami küçəsində yerləşən evlərdən birində […]

Hacı Surxay Məmmədli xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 27 Oktyabr 2026 · 15:51 1072 baxış Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin səhhətində problem yaranıb. Elpress.az xəbər verir ki, din xadimi Abşeron Sağlamlıq Mərkəzində müalicə alır. Müğənni İzzət Bağırov […]

Gəncədə 26 yaşlı şəxsin meyiti evində aşkarlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:19 1110 baxış Məhsəti qəsəbəsində baş verən hadisə ilə bağlı araşdırma aparılır Elpress.az xəbər verir ki, Gəncədə 26 yaşlı şəxsin meyiti yaşadığı evdə tapılıb.Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. […]

Heydər Əliyev prospektində piyada vuruldu

Elşən 23 Aprel 2026 · 18:45 1229 baxış Paytaxtda Heydər Əliyev prospektinin mərkəz istiqamətində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Yerüstü piyada keçidinə yaxın ərazidə yolu keçmək istəyən şəxs minik avtomobili tərəfindən vurulub. Nəqliyyatı İntellektual […]