--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Könül Qasımova yenidən həbs olunub

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:40 1060 baxış

“Sevgi evi” sığınacağının rəhbəri bir neçə maddə üzrə ittiham olunur

Elpress.az xəbər verir ki, “Sevgi evi” Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova barəsində yenidən həbs qətimkan tədbiri seçilib.Məlumata görə, Xətai Rayon Məhkəməsi ötən ay onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.Könül Qasımovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. İttihamlar iki və ya daha çox şəxsə qarşı, qabaqcadan əlbir olan qrup tərəfindən, yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxslərə qarşı, həmçinin işgəncə verməklə əzab törətmə əməllərini əhatə edir.Qeyd edək ki, Qasımova bundan əvvəl də əzab vermə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Təxminən üç il əvvəl Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.Həmin dövrdə onun himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, qanunvericiliyə uyğun şəkildə cəzanın icrası uşağın 14 yaşına çatmasına qədər təxirə salınıb.Hazırkı iş üzrə isə məhkəmənin qərarı ilə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Next Article

Qeysəriyyə əməliyyatından sonra komaya düşən qadınla bağlı YENİ MƏLUMAT

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Goranboyda gecə saatlarında yanğın baş verib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:25 1056 baxış Elpress.az xəbər verir ki, sentyabrın 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yanğın hadisəsi qeydə alınıb. Məlumata görə, hazırda alovun daha geniş əraziyə yayılmasının qarşısının […]

Bakıda 4 millimetrədək dolu qeydə alınıb

Aysel Əlibəyli 26 May 2026 · 16:43 1180 baxış Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatına görə, Bakı və Abşeron yarımadasının ayrı-ayrı ərazilərində qısamüddətli, intensiv yağış müşahidə olunub, bəzi yerlərə dolu yağıb. Xidmətdən […]

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 12:59 1048 baxış Elpress.az xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçıplaq kəndində baş verib. Məlumata görə, ana evin pilləkənlərindən düşərkən müvazinətini itirib. Bu zaman onun qucağında olan 3 aylıq […]

Qarışqaları məhv etmək istəyərkən zəhərləndi

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 18:12 1046 baxış Elpress.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində zəhərlənmə hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə əlamətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına […]