--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verdi

Aysel Əlibəyli 24 İyul 2026 · 18:54 1090 baxış

Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

Elpress.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Zəyəm Cırdaxan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınaraq yanğın qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 500 kvadratmetr olan evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 70 kvadratmetr, ikinci mərtəbəsində isə bir otağın tavanı 20 kvadratmetr sahədə yanıb. Bundan başqa, evə bitişik ümumi sahəsi 400 kvadratmetr olan talvarın və həyətyanı sahədə yerləşən 100 kvadratmetrlik köməkçi tikilinin yanar konstruksiyaları da alovdan zərər görüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğının başvermə səbəbi araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhid anası qızına böyrəyini bağışladı

Next Article

Tramp və Zelenskinin Vaşinqton görüşü gözlənilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

qanunsuz silah-sursat aşkarlanaraq götürüldü

Aysel Əlibəyli 19 İyun 2026 · 10:56 1160 baxış İyunun 18-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan odlu silah-sursat aşkarlayıb. Tədbirlər zamanı 1 avtomat silahı, 1 pulemyot, 9 […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1112 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

Tovuzda evdə yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 22:55 1084 baxış Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Elpress.az xəbər verir ki, hadisə Kəmalə Qasımovaya məxsus ikimərtəbəli […]

Bakıda avtomobildən 20 min manata yaxın pul oğurlandı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:10 1140 baxış Qaradağda avtomobildən 19 800 manat oğurlayan şəxs saxlanılıb Elpress.az xəbər verir ki, Bakının Qaradağ rayonunda baş verən oğurluq hadisəsi ilə bağlı polis əməliyyatı keçirilib. Daxili İşlər […]