--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1170 baxış

Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük sevinc və qürur hissi ilə öz doğma kəndi Şükürbəyliyə qayıdır. O, bu tarixi günü həyatının ən unudulmaz anlarından biri kimi dəyərləndirib.

Elpress.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Ruhiyə Yadigarova bildirib ki, illər boyu doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyiblər. O, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə isə sağlamlıq və uzun ömür arzulayıb.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların qəhrəmanlığı sayəsində bu günləri yaşayırıq. Uzun illərdən sonra doğma elimizə, obamıza dönmək çox böyük xoşbəxtlikdir. Bu sevincin sözlə ifadəsi çətindir”, – deyə o vurğulayıb.

Ruhiyə Yadigarova qeyd edib ki, ailəsi ilə birlikdə yenidən doğma kəndində yaşayacaq olmaq ona xüsusi qürur verir. O, Cəbrayılın yenidən qurulmasını, kəndlərdə həyatın bərpa olunmasını böyük ruh yüksəkliyi ilə izlədiyini bildirib.

O bildirib ki, illərlə çəkilən həsrətə baxmayaraq, doğma yurda olan bağlılıq heç vaxt azalmayıb. Bu gün isə həmin həsrətin yerini sevinc, qürur və böyük ümid hissləri əvəz edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hezbollah İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqlayıb

Next Article

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə 12 yaşlı qızı bacısı öldürüb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:28 1082 baxış Şəmkirdə 12 yaşlı qızın qətli ilə bağlı saxlanılan şəxsin onun 16 yaşlı bacısı olduğu müəyyən edilib. Elpress.az xəbər verir ki, Şəmkir rayonunda 12 yaşlı qızın ölümü […]

Bakıda təhlükəli liftin istismarı dayandırılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 10:52 1084 baxış Xətai rayonunda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti FHN tərəfindən dayandırılıb. Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət […]

Bağçada uşağın döyülməsi iddiasına rəhbərlikdən cavab

Aysel Əlibəyli 31 İyul 2026 · 12:02 1060 baxış Sumqayıtdakı bağçada uşağın müəllim tərəfindən döyüldüyü iddia olunur: rəhbərlik açıqlama verdi Elpress.az xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən “Nauka Tədris Mərkəzi” adlı özəl məktəbəqədər təhsil müəssisəsində […]

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Aysel Əlibəyli 03 İyul 2026 · 17:17 1130 baxış Bakının Nizami rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb. Elpress.az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə […]