--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verildi

Aysel Əlibəyli 03 Avqust 2026 · 12:37 1116 baxış

Bakının Xətai rayonunda qeydə alınan torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verilib.

Elpress.az xəbər verir ki, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə, hadisə Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu isə 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində baş verib.

Bildirilib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində yaranıb.

Qeyd olunub ki, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 kubmetr təşkil edir.Rəsmi məlumata əsasən, ərazi aidiyyəti dövlət qurumlarının nəzarətində saxlanılır və təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Next Article

Buzovnada dəniz faciəsi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Goranboyda avtomobil dərəyə aşdı: sərnişin həyatını itirdi

Aysel Əlibəyli 03 Noyabr 2026 · 21:34 1042 baxış Goranboy rayonunda baş verən ağır yol qəzası ölümlə nəticələnib. Elpress.az xəbər verir ki, hadisə Todan kəndi ərazisində qeydə alınıb. “Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib […]

Ağdama növbəti köç karvanı çatdı

Elşən 26 May 2026 · 07:31 1201 baxış İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı mərhələli şəkildə davam edir. Elpress.az-ın Azərtac -a istinadən verdiyi məlumata görə, növbəti köç mərhələsində Ağdam şəhərinə […]

Tovuzda ailə münaqişəsi qanlı sonluqla bitib

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 22:46 1108 baxış Tovuz rayonunda ailə münaqişəsi zamanı 29 yaşlı kişi bıçaqlanıb. Elpress.az xəbər verir ki, hadisə Ağdam kəndində baş verib. İlkin məlumata görə, kənd sakini Nicat Məmmədov ailə […]