--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Aysel Əlibəyli 03 Avqust 2026 · 12:30 1148 baxış

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” ana yarımstansiyasının açılış mərasimində iştirak edib.

Elpress.az xəbər verir ki, dövlət başçısına layihə barədə məlumat verilib.

Bildirilib ki, “Yeni Səngəçal” yarımstansiyası Azərbaycanın “Yaşıl Enerji” strategiyası çərçivəsində həyata keçirilən mühüm layihələrdən biridir. Yeni enerji infrastrukturu vasitəsilə Cəbrayılda istehsal olunan günəş enerjisinin ölkənin vahid enerji sistemi üzərindən Səngəçal terminalına ötürülməsi təmin ediləcək.

Qeyd olunub ki, layihənin reallaşması nəticəsində terminalın illik elektrik enerjisi tələbatı bərpa olunan enerji hesabına ödəniləcək, bununla da hər il 120–150 milyon kubmetr təbii qaza qənaət olunacaq və karbon emissiyaları əhəmiyyətli dərəcədə azalacaq.

Məlumata görə, ümumi sahəsi 6,5 hektar olan yarımstansiya 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik xətti ilə ölkənin enerji sisteminə qoşulub. Obyekt üç müstəqil enerji mənbəyindən qidalanır.Layihə çərçivəsində Səngəçal terminalına 25 kilometrlik 110 kV-luq hava kabeli də çəkilib və növbəti mərhələdə əlavə enerji xətlərinin inşası nəzərdə tutulur. Bu infrastruktur strateji enerji obyektlərinin daha etibarlı və dayanıqlı elektrik təchizatına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda faciə: 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq həyatını itirdi

Next Article

Bakıda torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1094 baxış Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının […]

Mobil cihazların POS-terminal kimi istifadəsi qanunla tənzimlənə bilər

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 11:59 1092 baxış Azərbaycanda elektron ticarət qaydalarının yenilənməsi və ödəniş sistemlərinə dair qanunvericiliyin müasir texnologiyalara uyğunlaşdırılması təklif olunur. Dəyişikliklər çərçivəsində POS-terminal anlayışının da dəqiqləşdirilməsi nəzərdə tutulur. Elpress.az xəbər verir […]

İlham Əliyev “Avaza” Kompleksinə gəlib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 10:50 1088 baxış Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistana səfər edib. Elpress.az xəbər verir ki, dövlət başçısı görüşün […]