Uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir: BŞTİ-dən açıqlama
Elpress.az xəbər verir ki, Sosial şəbəkələrdə uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlandığı barədə yayılan məlumatlarla bağlı araşdırmalar aparılır. Sosial mediada yayılan iddialar qurum tərəfindən araşdırılır.İdarənin məlumatına görə, araşdırmanın yekun nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim olunacaq. Məsələnin hüquqi tərəfinin də araşdırılması məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.Sosial şəbəkələrdə yayılan iddialara əsasən, bağçaya gedən uşağın davranışında müəyyən anlaşılmazlıqlar müşahidə edildikdən sonra ailəsi onu həkimə aparıb. Tibbi müayinələr zamanı aparılan analizlərin nəticəsində uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunur.Hazırda yayılan məlumatın doğruluğu və uşağın qanında psixotrop maddənin hansı şəraitdə aşkarlandığı ilə bağlı araşdırma davam edir.



