--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:16 1064 baxış

Qazaxıstan Rusiya vətəndaşları üçün elektron giriş icazəsi tətbiq edir

Elpress.az xəbər verir ki, Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını dəyişir. Yeni tələblərə əsasən, rusiyalıların Qazaxıstana səfər etməzdən əvvəl elektron giriş icazəsi əldə etməsi tələb olunacaq. Bununla bağlı müvafiq sənədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.Əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan QazETA elektron giriş icazəsi sistemi ilkin mərhələdə pilot rejimdə fəaliyyət göstərəcək. Giriş zamanı şəxsin sistemdə qüvvədə olan icazəsinin olmadığı müəyyənləşdirilərsə, onun ölkəyə buraxılmaması üçün əsas yaranacaq.Yeni qaydaların tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Noyabrın 1-dən beynəlxalq reyslərlə Qazaxıstana gələn Rusiya vətəndaşları elektron icazə təqdim etməli olacaqlar.Noyabrın 15-dən Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrlə sərhədlərdən avtomobillə gələn rusiyalılar, noyabrın 30-dan isə Aİİ ölkələri ilə sərhədlərdən avtomobillə daxil olan şəxslər üçün bu tələb qüvvəyə minəcək. Dekabrın 15-dən etibarən isə qatar və dəniz limanları vasitəsilə Qazaxıstana səfər edən Rusiya vətəndaşları da elektron giriş icazəsi almalı olacaqlar.Elektron icazə 180 gün ərzində qüvvədə olacaq və bu müddət ərzində onun sahibi Qazaxıstana bir neçə dəfə səfər edə biləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Next Article

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1050 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]

Paşinyanın Rusiyaya səfəri gözlənilir

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:53 1080 baxış Peskov səfərin yaxın vaxtlarda keçiriləcəyini, dəqiq tarixin isə razılaşdırılmadığını bildirib Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilir.Rusiya Prezidentinin […]

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Aysel Əlibəyli 03 İyun 2026 · 11:32 1210 baxış Küveyt Beynəlxalq Hava Limanına edilən hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava […]