--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:30 1076 baxış

Gədəbəydə 1992-ci ildə törədilən qətlin üstü açılıb

Elpress.az xəbər verir ki, Gədəbəydə uzun illər əvvəl baş vermiş qətl hadisəsi yenidən araşdırılaraq açılıb. Cinayətin törədilməsindən 34 il sonra şübhəli şəxs müəyyən edilərək saxlanılıb.Gədəbəy rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci ildə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.Müəyyən edilib ki, 1992-ci il mayın 31-də Turşsu kəndi yaxınlığındakı “Bəkdəmir yalı” ərazisində üzərində zorakılıq izləri olan Şahbaz Məmmədovun meyiti aşkarlanıb. Faktla bağlı həmin dövrdə cinayət işi başlanıb, lakin hadisəni törədən şəxsin müəyyənləşdirilməsi mümkün olmadığından istintaq 1993-cü ildə dayandırılıb.Cinayət işinin və onunla bağlı əməliyyat materiallarının yenidən araşdırılması zamanı əlavə istintaq tədbirlərinin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilib. Bu səbəbdən avqustun 28-də iş üzrə icraat təzələnib.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Şahbaz Məmmədovu onun oğlu, 1969-cu il təvəllüdlü Polad Məmmədov öldürüb. İstintaqın ilkin nəticələrinə əsasən, P.Məmmədov 1992-ci ilin mayında atasının baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə zərbə endirərək onu qəsdən öldürüb.Daha sonra cinayətin izlərini gizlətmək və hadisənin başqa yerdə baş verdiyi görüntüsü yaratmaq üçün meyiti evlərinin yaxınlığındakı “Bəkdəmir yalı” ərazisinə aparıb.Polad Məmmədov dindirmə zamanı törətdiyi cinayəti etiraf edib və avqustun 31-də şübhəli şəxs qismində tutulub. Onun əməli həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə kimi tövsif edilib.Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları əvvəlki illərdə törədilmiş və açılmamış cinayətlərin araşdırılması istiqamətində tədbirləri davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Next Article

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda iki nəfəri elektrik cərəyanı öldürüb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:45 1064 baxış İki ayrı bədbəxt hadisədə iş zamanı həyatını itirən şəxslərlə bağlı araşdırma aparılır Elpress.az xəbər verir ki, Bakıda müxtəlif vaxtlarda iki nəfərin elektrik cərəyanının təsiri nəticəsində öldüyü […]

Kəlbəcərdə yeniyetmə çaya düşdü, axtarışlara başlanıldı

Aysel Əlibəyli 12 İyul 2026 · 22:12 1140 baxış Kəlbəcər rayonunda baş verən bədbəxt hadisə nəticəsində azyaşlı çaya düşərək itkin düşüb. Elpress.az xəbər verir ki, Kəlbəcərin Çəpli kəndi ərazisində bədbəxt hadisə baş verib.Məlumata görə, 2015-ci […]