--:--:-- | 01 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:11 1018 baxış

Qarabağ müharibələrində itkin düşənlərin axtarışı: 328 şəxsin kimliyi müəyyənləşdirilib

Elpress.az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı icmal məlumatına əsasən, 2026-cı ilin avqust ayında daha 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub. Bununla da indiyədək ekshumasiya edilmiş insan qalıqlarının sayı 910-a yüksəlib.Aparılan DNT və məhkəmə-tibbi ekspertizalar nəticəsində kimliyi müəyyən edilən 21 şəxsin qalıqları ailələrinə təhvil verilib və onlar dəfn olunublar. Beləliklə, ailələrinə təhvil verilərək dəfn edilən qalıqların ümumi sayı 267-yə çatıb.Hazırda DNT və məhkəmə-tibbi üsullarla kimliyi müəyyənləşdirilmiş itkin şəxslərin sayı 328-dir.Məlumata görə, indiyədək ölkə ərazisində 32 kütləvi dəfn yeri də aşkarlanıb. Dövlət Komissiyası itkin şəxslərin axtarılması, qalıqların müəyyən edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi üzrə fəaliyyətini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Next Article

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstirahət zonalarında polis gücləndirilmiş rejimdə xidmət aparır

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:53 1024 baxış Elpress.az xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq, həmin ərazilərdə polis əməkdaşlarının fasiləsiz […]

Rəşad İsmayılov Laçında vətəndaş qəbulu keçirib

Elşən 15 May 2026 · 14:42 1106 baxış Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələr üzrə vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 15 may 2026-cı ildə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və […]

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Aysel Əlibəyli 17 İyun 2026 · 13:55 1142 baxış Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə davam etməsinə icazə verilməsi nəzərdə tutulur. Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında […]

Azərbaycanda 4 ayda 21 mindən çox ölüm qeydə alınıb

Aysel Əlibəyli 18 İyun 2026 · 14:05 1134 baxış Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 21 277 ölüm halı rəsmiləşdirilib. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.Məlumata əsasən, ötən ilin […]