--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Çin Pekinin Azərbaycanın ŞƏT-də rolunu dəstəklədiyini açıqlayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:43 1086 baxış

Çinli ekspert: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir

Elpress.az xəbər verir ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəaliyyətinin genişlənməsini və ölkənin təşkilatda daha fəal rol oynamasını dəstəkləyir bunu Taihe İnstitutunun həmtəsisçisi və CGTN kanalının şərhçisi Van Quan bildirib.Çinli ekspert Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Onun sözlərinə görə, vizasız rejimin tətbiqindən sonra çoxsaylı Çin vətəndaşının Azərbaycana səfər etməsi xalqlar arasında qarşılıqlı tanışlığın və humanitar əlaqələrin genişlənməsinə şərait yaradıb.Van Quan Çin və Çin şirkətlərinin iştirakı ilə inkişaf etdirilən Orta Dəhlizin Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutuna çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın əsas hissələrindən biri olduğu bu marşrut regiondakı geosiyasi risklərdən kənar alternativ bağlantı imkanları yaradır və böyük inkişaf potensialına malikdir.Ekspert Pekinin Azərbaycanın ŞƏT-də mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Çin müxtəlif sənədlərdə Azərbaycanın hazırkı dialoq tərəfdaşı statusundan daha fəal iştiraka doğru irəliləməsini və təşkilat çərçivəsində daha əhəmiyyətli rol oynamasını dəstəklədiyini ifadə edib.Van Quan bir neçə il əvvəl Azərbaycana səfər etdiyini və Prezident İlham Əliyevlə müsahibə apardığını da xatırladıb. O, iki ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik müstəvi ilə məhdudlaşmadığını, xalqlar arasında da qarşılıqlı rəğbət və yaxınlığın formalaşdığını bildirib.Çinli şərhçi humanitar əlaqələrin genişləndirilməsinin, insanlar arasında təmasların və fikir mübadiləsinin artırılmasının Çin-Azərbaycan münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsinə töhfə verə biləcəyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Next Article

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:58 1060 baxış Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən […]

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1162 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:45 1092 baxış Bakının və Minskın strateji tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub Elpress.az xəbər verir ki, Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Avqustun […]

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1122 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]