--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:19 1078 baxış

Kürəklə insanlara hücum edən şəxs silahla vurularaq öldürülüb

Elpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada kilsələrdən birinin yaxınlığında insident baş verib.Hadisə şəhərin Maryino rayonunda qeydə alınıb. Əlində kürək olan şəxs kilsədən çıxan insanlara hücum edib. Daha sonra hadisə yerinə gələn təcili yardım əməkdaşlarından birinə də hücum edərək onun başına kürəklə zərbə endirib.Ağır xəsarət alan tibb işçisi xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.Hücum edən şəxsə qarşı kilsəyə gələn şəxslərdən biri odlu silahdan istifadə edib. Nəticədə hücum edən şəxs güllə yarası alaraq hadisə yerində ölüb. Atəş açan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.İlkin məlumata görə, insanlara hücum edən şəxsin əvvəllər psixiatrik dispanserdə qeydiyyatda olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Next Article

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 1133 baxış Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli […]

İki Əlcəzair vətəndaşı sərhədi qanunsuz keçmək istəyərkən tutulub

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:44 1066 baxış Xudat istiqamətində Azərbaycan-Rusiya sərhədini pozmağa çalışan iki nəfər saxlanılıb Elpress.az xəbər verir ki, Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd edən iki xarici ölkə vətəndaşı saxlanılıb.Hadisə […]

10 nəfərin öldüyü partlayış işi Ali Məhkəməyə çıxarılır

Aysel Əlibəyli 07 İyul 2026 · 22:48 1132 baxış Bakıda faciəvi partlayışla bağlı yeni mərhələ: Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda 10 nəfərin ölümü, 23 nəfərin isə müxtəlif […]

Gömrükdə nüfuz alveri işi məhkəməyə göndərildi

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 16:29 1044 baxış Astara Gömrük İdarəsində tranzit yükün maneəsiz keçirilməsi müqabilində pul almaqda şübhəli bilinən Taleh Məmmədov barəsində cinayət işinin istintaqı yekunlaşıb. Elpress.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən […]