--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Suriya İsraillə diplomatik həll axtarır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:35 1082 baxış

Şeybani: İsrailin hücumlarına baxmayaraq, Suriya danışıqlara sadiqdir

Elpress.az xəbər verir ki, Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, tərəflər arasında diplomatik həllin əldə olunması üçün səylərini davam etdirir. Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, Dəməşq İsraillə münasibətlərin normallaşdırılması və mövcud problemlərin diplomatik yollarla həlli istiqamətində iş aparır.Nazirin sözlərinə görə, İsrailin Suriyaya qarşı hücumları davam edir. O qeyd edib ki, yalnız iyul ayında 65 belə hadisə qeydə alınıb, avqustun ilk 18 günündə isə hücumların sayı 52 olub.Şeybani Suriyanın diplomatik həll yoluna sadiq qaldığını və bu istiqamətdə ciddi səylər göstərdiyini vurğulayıb. O, həmçinin İsrail tərəfindən bu il 147 suriyalının saxlanıldığını, onlardan 49-nun hələ də həbsdə olduğunu bildirib.Xarici işlər naziri əlavə edib ki, hazırda ABŞ-ın vasitəçiliyi ilə İsraillə danışıqlar aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Next Article

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyanın Rusiyaya səfəri gözlənilir

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:53 1080 baxış Peskov səfərin yaxın vaxtlarda keçiriləcəyini, dəqiq tarixin isə razılaşdırılmadığını bildirib Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilir.Rusiya Prezidentinin […]

Tramp: Hörmüz boğazının iyunun 19-da tam açılacağı gözlənilir

Aysel Əlibəyli 15 İyun 2026 · 21:11 1126 baxış ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalar əldə olunub. ABŞ Prezidenti Donald Tramp bu barədə G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Fransa Prezidenti […]