--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiyanın Kiyevə hücumunda diplomatların qaldığı otel zədələndi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:06 1114 baxış

Rusiyanın Kiyevə həyata keçirdiyi gecə hücumu zamanı Avropa Parlamenti əməkdaşlarının və xarici diplomatların yerləşdiyi otelə də zərər dəyib.

Elpress.az xəbər verir ki, Rusiya ordusunun iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində xarici diplomatların qaldığı “Cityhotel Residence” oteli də zədələnib.Məlumata görə, hücum zamanı oteldə müxtəlif ölkələrin diplomatları ilə yanaşı, Avropa Parlamentinin əməkdaşları və Avstriyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Robert Martin Müller də qalırdı.Hadisədən sonra Avropa Parlamentinin sədri Roberta Metsola “X” sosial şəbəkəsində paylaşım edərək, qurumun əməkdaşlarının yerləşdiyi otelin gecə hücumu zamanı zərər gördüyünü bildirib və Rusiyanın hücumunu kəskin şəkildə pisləyib.Avstriyanın Ukraynadakı səfiri Robert Martin Müller də hücum zamanı qaldığı otelin zədələndiyini təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə nəticəsində binaya ciddi maddi ziyan dəyib.İlkin məlumata əsasən, hücum zamanı diplomatlar və otel əməkdaşları arasında xəsarət alan olmayıb. Bununla belə, onların şəxsi əmlakına və otelin infrastrukturuna ziyan dəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Next Article

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:20 1056 baxış Zərər görən elektrik stansiyalarının gələn ilin yayına qədər bərpası planlaşdırılır Elpress.az xəbər verir ki, Müharibə nəticəsində İranda ümumilikdə 4200 meqavat elektrik generasiya gücü itirilib.İranın energetika naziri […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1052 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]

Avtomobildə yuxuya gedən azyaşlının ağır taleyi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:46 1064 baxış Türkiyədə park edilmiş avtomobildə yatan 4 yaşlı uşaq havasızlıqdan və istidən həyatını itirdi Elpress.az xəbər verir ki, Türkiyənin Mardin bölgəsində ürəkağrıdan bədbəxt hadisə baş verib. Dayanacaqda […]