--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Aysel Əlibəyli 04 İyun 2026 · 18:34 94 baxış

Azərbaycanlı tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət məqsədilə səfər etdikləri Taylandda yol qəzası ilə üzləşiblər.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tanınmış bloqer Həsti Həsənova İnstaqram hesabında paylaşım edərək, həyat yoldaşı Vahid Həsənovla birlikdə Tayland səfərlərinin son günündə mopedlə ciddi yol qəzası keçirdiklərini bildirib.O qeyd edib ki, planlarına görə həmin gün artıq Bakıya qayıtmalı idilər, lakin adadakı son günlərində baş verən qəza hər şeyi dəyişib. Həsti Həsənovanın sözlərinə görə, hərəkət zamanı qəfil huşunu itirib və ayıldıqda mopedin aşdığını, özlərinin isə ağır vəziyyətdə yerdə uzandıqlarını görüb. Ətrafdakı insanların köməyi ilə ilkin yardım göstərilib, daha sonra təcili tibbi yardım çağırılıb və Vahid Həsənov əməliyyata götürülüb.Bloqer həmin an yaşadıqları şokun çox ağır olduğunu, bədənində güclü stress və iflicə bənzər vəziyyət yarandığını da vurğulayıb. Onun sözlərinə görə, Vahid Həsənovun 9 qabırğası, körpücük sümüyü və çiynində sınıq və çatlar aşkarlanıb, hazırda isə hərəkət etməsi və gündəlik fəaliyyətləri belə ciddi çətinliklərlə müşayiət olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Next Article

Bakıda yeni Braziliya səfiri işə başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oğuzda yol qəzası: 2 nəfər yaralanıb

Aysel Əlibəyli 30 May 2026 · 12:35 90 baxış Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Elpress.az Azərtac.az – […]

Heydər Əliyev prospektində piyada vuruldu

Elşən 23 Aprel 2026 · 18:45 55 baxış Paytaxtda Heydər Əliyev prospektinin mərkəz istiqamətində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Yerüstü piyada keçidinə yaxın ərazidə yolu keçmək istəyən şəxs minik avtomobili tərəfindən vurulub. Nəqliyyatı İntellektual […]

Qaxda qəza: iki nəfər yaralanıb

Aysel Əlibəyli 08 İyun 2026 · 18:35 42 baxış Qax rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.Hadisə bu gün Qax–Qıpcax–Kötüklü avtomobil yolunda baş verib. Rayon sakini Faiq İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol […]

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 47 baxış Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli […]