--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Elşən 20 May 2026 · 15:16 25 baxış

Dövlət İmtahan Mərkəzi 17 may 2026-cı il tarixində keçirilmiş magistratura qəbul imtahanının ilkin nəticələrini açıqlayıb. DİM-dən verilən məlumata görə, bakalavrların nəticələri qapalı və kodlaşdırıla bilən açıq tipli ümumilikdə 95 tapşırıq üzrə hesablanaraq elan edilib.

Bu barədə Elpress.az Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, namizədlər imtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi platforması vasitəsilə tanış ola bilərlər. Bununla yanaşı, iştirakçılar mobil operatorlar – Azercell, Bakcell və Nar üzərindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərərək də topladıqları bal barədə məlumat əldə edə bilərlər.

DİM bildirib ki, yekun nəticələr xarici dil fənləri üzrə yazılmış esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim ediləcək. Esse mərhələsinin qiymətləndirilməsi təxminən 6 həftə davam edəcək və bundan sonra iştirakçıların yekun imtahan balı müəyyənləşdiriləcək. Qaydalara əsasən, qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə maksimum 95, esse üzrə isə 5 bal toplamaq mümkündür.

Həmçinin qeyd olunub ki, imtahan nəticələri ilə bağlı apellyasiya müraciətləri üçün şərait yekun bal elan edildikdən sonra yaradılacaq. Bakalavrlar yalnız yekun nəticələr açıqlanandan sonra apellyasiya prosesinə müraciət edə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Next Article

WUF13 çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oğuzda güclü külək dirəkləri aşırdı

Aysel Əlibəyli 30 May 2026 · 00:03 88 baxış Oğuz rayonunda müşahidə olunan güclü külək bir sıra kəndlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, , küləyin təsirindən rayonun müxtəlif ərazilərində […]

Bəzi rayonlarda güclü külək müşahidə olunacaq. 🌬️

Aysel Əlibəyli 26 May 2026 · 13:44 92 baxış Mayın 27-də bölgələr üzrə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq elan edilib. 🌬️ Elpress.az-a Milli Hidrometeorologiya məlumat verir, Mingəçevir, Şəki, Zaqatala, […]

Ağdaşda kabab hazırlığı faciə ilə bitdi

Aysel Əlibəyli 27 May 2026 · 14:56 30 baxış Ağdaşda kabab bişirib bayram keçirmək istəyi ana və övlad üçün ağır nəticələrə səbəb olub. Elpress.az-ın məlumatına əsasən, hadisə rayon mərkəzində — Nizami küçəsində yerləşən evlərdən birində […]

Heydər Əliyev prospektində piyada vuruldu

Elşən 23 Aprel 2026 · 18:45 31 baxış Paytaxtda Heydər Əliyev prospektinin mərkəz istiqamətində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Yerüstü piyada keçidinə yaxın ərazidə yolu keçmək istəyən şəxs minik avtomobili tərəfindən vurulub. Nəqliyyatı İntellektual […]