--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Dostunu öldürən şəxsə cəza kəsildi

Aysel Əlibəyli 10 İyun 2026 · 11:34 1126 baxış

Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin qərarına əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.İttihama görə, hadisə ötən ilin iyul ayında Daşkəsən rayonunda baş verib. Elçin İsmayılovla dostu İlkin Məmmədov arasında yaranan mübahisə zamanı təqsirləndirilən şəxs ona bıçaqla bir neçə zərbə vurub. Ağır xəsarət alan İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Elçin İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.5-ci (soyuq silahı qanunsuz əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Next Article

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə batan şəxsin müstəntiq olduğu məlum olub

Aysel Əlibəyli 26 İyul 2026 · 21:12 1060 baxış Sumqayıtda dənizdə batan 25 yaşlı şəxsin rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışdığı bildirilib. Elpress.az xəbər verir ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan şəxsin kimliyi məlum olub. […]

Sərhəddə qanunsuz keçid cəhdi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:46 1162 baxış İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq keçmək istəyən Əfqanıstan vətəndaşları müəyyən edilərək saxlanılıblar. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən verilən məlumata əsasən, iyun ayının 1-də Dövlət Sərhəd […]