--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yeni qaydanı bilməyən sürücülər daha çox cərimə ilə üzləşir

Aysel Əlibəyli 05 İyun 2026 · 21:18 1207 baxış

Azərbaycanda inzibati xətalar üzrə balla qiymətləndirmə sistemi son illərdə genişlənib və sürücülərin məsuliyyət mexanizmi əvvəlki dövrlə müqayisədə daha sərt xarakter alıb.

Elpress.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasında deputat Kamal Cəfərov mövcud ball sistemindəki dəyişikliklərlə bağlı məlumat verib.O xatırladıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvədədir və həmin dövrdə balla qiymətləndirilən pozuntuların sayı daha az olub.Deputatın sözlərinə görə, ötən illər ərzində yol hərəkəti qaydalarının dəyişməsi və mikromobillik vasitələrinin artması ilə birlikdə balla ölçülən inzibati xətaların sayı da yüksəlib. Bu isə sürücülərin risk zonasını genişləndirib.Kamal Cəfərov bildirib ki, hazırda mövcud sistemdə sürücülər əvvəlki illərlə müqayisədə daha az faiz həddində bal topladıqda sürücülük hüququndan məhrum olurlar. Onun fikrincə, bu göstəricilər sistemin yenilənməsinə ehtiyac yaradır.Deputat əlavə edib ki, balansın qorunması üçün limitin artırılması və bəzi aşağı riskli pozuntulara görə yalnız cərimə mexanizminin tətbiqi kimi təkliflər müzakirə olunur. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də oxşar yanaşmalara rast gəlinir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Next Article

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pulsuz hüquqi yardımdan imtina edən vəkillərə yeni öhdəlik

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 18:32 1088 baxış Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi təklif olunur. Elpress.az xəbər verir ki, bu məsələ yeni hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini […]

Bahar Muradova dövlət qurumlarına çağırış edib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:28 1084 baxış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tələbə qızların peşəkar inkişafına dəstək verilməsi üçün dövlət qurumlarını və özəl sektoru əməkdaşlığı genişləndirməyə çağırıb. […]

Avqustda 70 aptekdə yoxlama aparılıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:34 1070 baxış Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin avqust ayında ölkə üzrə apteklərdə nəzarət tədbirləri həyata keçirilib.Ay ərzində ümumilikdə 70 […]