--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Metro və dəmir yolu layihələri üçün torpaq alınması qaydaları dəyişdirilir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:46 1108 baxış

Tunel, stansiya, depo və xətlərin tikintisi üçün torpaq sahələrinin dövlət ehtiyacları üzrə alınması təklif olunur

Elpress.az xəbər verir ki, Azərbaycanda metro, dəmir yolu və tramvay infrastrukturu layihələrinin icrası üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir.Təklif Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Bununla yanaşı, Mülki Məcəlləyə də müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.Dəyişikliklərə əsasən, tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, həmçinin stansiya və depoların tikintisi, quraşdırılması, bərpası və genişləndirilməsi üçün tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasına hüquqi əsas yaradılacaq.Qanun layihəsinin əsas məqsədi bu sahədə torpaqların alınması prosedurlarını daha dəqiq tənzimləmək, hüquqi müəyyənliyi və şəffaflığı artırmaqdır.Dəyişikliklərin metro və dəmir yolu infrastrukturu üzrə strateji layihələrin daha sürətli və maneəsiz həyata keçirilməsinə şərait yaradacağı bildirilir.Qeyd edək ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramında yeni stansiya, depo və xətlərin tikintisi, eləcə də mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur.Layihə dövlət ehtiyacları üçün torpaqların alınması zamanı dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasını da hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Next Article

FHN sürücülərə müraciət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 1142 baxış Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. […]

Mətbuat Şurasının IX qurultayında səsvermə keçirilib

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 12:10 1172 baxış Bakıda Azərbaycan Mətbuat Şurasının IX qurultayı keçirilib. Toplantıda qurumun yeni İdarə Heyətinin formalaşdırılması üçün səsvermə baş tutub. Elpress.az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət […]

FHN-dən çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 06 İyul 2026 · 19:02 1126 baxış Külək güclənir: FHN dənizə üz tutacaq vətəndaşlara mühüm çağırış etdi Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz […]