--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə Qurban bayramı sədaları

Aysel Əlibəyli 27 May 2026 · 13:22 1134 baxış

Qurban bayramı münasibətilə işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi üçün xüsusi xidmət məntəqələri təşkil edilib.

Elpress.az-ın Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən verdiyi xəbərə görə, həmin rayonlarda stasionar kəsim-satış məntəqələri və səyyar çadırlar quraşdırılıb. Hər iki formatlı məntəqədə baytarlıq-sanitariya normalarına tam uyğun şərait yaradılıb, fasiləsiz su təchizatı isə xüsusi olaraq təmin edilib.Əhaliyə yalnız baytarlıq nəzarətindən uğurla keçmiş, sanitar-gigiyenik tələblərə cavab verən heyvanların təqdim olunması üçün bütün lazımi tədbirlər görülüb. Səyyar kəsim çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları da paralel olaraq fəaliyyət göstərir. Heyvanlarda xəstəlik şübhəsi yarandığı təqdirdə daxili orqanlardan götürülən nümunələr qısa müddət ərzində müayinədən keçiriləcək.Qurban bayramı günlərində AQTA-nın regional bölmələri və institut əməkdaşları gücləndirilmiş iş rejimində çalışmaqda davam edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bələdiyyə başçısı Günay həbs edildi — səbəb nədir?

Next Article

Azərbaycan aqrar sektoru yeni zirvəyə doğru

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1086 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1202 baxış “Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə […]

Xızıda mülki müdafiə məşqi keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:19 1036 baxış FHN əməkdaşları ərazi qüvvələrinin fövqəladə hallara hazırlığını yoxlayıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı […]