--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:00 1058 baxış

Xaricdə işə düzəltmək vədi ilə şəxslərdən pul aldığı iddia edilən şəxsin məhkəməsi başlayır

Elpress.az xəbər verir ki, Turizm şirkətinin rəhbəri Tural Abbasovun xaricdə işə düzəltmək və digər vədlərlə çoxsaylı şəxsləri aldatdığı iddia olunur.Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Araşdırma zamanı Tural Abbasovun özünü “Mannhaim Travel” MMC-nin direktoru kimi təqdim edərək müxtəlif şəxslərə xarici ölkələrdə iş təmin edəcəyini vəd etdiyi müəyyənləşdirilib.İstintaq materiallarına əsasən, o, bu və digər yalan vədlərlə şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə edilməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.Toplanmış sübutlar əsasında Tural Abbasova Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Cinayət işi üzrə müəyyən edilmiş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin olunub. İbtidai istintaq tamamlandıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

NATO rəhbəri Aİ-nin Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Next Article

Yardımlıda narkotik risklərinə qarşı maarifləndirmə aksiyası keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Göyçayda yol-nəqliyyat hadisəsi: avtomobil su kanalına düşdü

Aysel Əlibəyli 30 İyun 2026 · 11:48 1239 baxış Göyçayda ağır qəza: avtomobillərdən biri su kanalına aşdı, sürücünün içəridə qaldığı ehtimal edilir Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Göyçay rayonunda iki minik avtomobilinin iştirakı ilə […]

Samuxda gənc qadını avtomobil vurdu

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:49 1066 baxış Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, yolu keçən 22 yaşlı Zeynəb Mustafayevanı avtomobil vurub.Qəza […]

Müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:44 1080 baxış Xaricdə iş və istirahət imkanları vəd edərək vətəndaşlardan pul aldığı bildirilir Elpress.az xəbər verir ki, Vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif vədlərlə pul vəsaitlərini ələ keçirməkdə şübhəli […]

Tərtərdə yaşayış evində yanğın: ər-arvad həyatını itirdi

Aysel Əlibəyli 06 Avqust 2026 · 10:39 1086 baxış Tərtər rayonunda baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib. Elpress.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, […]