--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1012 baxış

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb

Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilib.Xaçmazda Şəhidlər xiyabanında təşkil olunan mərasim zamanı məşəl önünə əklil qoyulub, Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət edilib və şəhidlərin xatirə lövhələri önünə qərənfillər düzülüb.Tədbir çərçivəsində şəhid ailələri ilə görüş keçirilib. Çıxışlarda şəhidlərin xalqın yaddaşında daim yaşayacağı vurğulanıb.Qubada rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon rəhbərliyi ilə yanaşı, müxtəlif qurumların əməkdaşları, şəhid ailələri, qazilər və könüllülər iştirak ediblər.Qusarda da Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsi yad edilib. Ardınca ağacəkmə aksiyası keçirilib və şəhid ailələrinə evlərində baş çəkilib.Şabran, Siyəzən və Xızı rayonlarında da Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub.Saat 12:00-da bütün rayonlarda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu zaman nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnal səsləri verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Next Article

Litva – Azərbaycan oyununda ilk hissə heç-heçə başa çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyulda qeyri-adi hava

Aysel Əlibəyli 01 İyul 2026 · 12:07 1072 baxış Yay ayının ilk günündə hava dəyişdi: Azərbaycanın əksər bölgələrində leysan, dağlarda qar müşahidə olundu İyulun ilk günündə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub. Ölkə ərazisinin əksər […]

“Həzi Aslanov”da narahatlıq yaradan metro keçidi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:30 1066 baxış Məhəmməd Hadi küçəsində yeni metro keçidi tikilir: Sakinlərin təhlükəsizlik narahatlığına cavab verildi Elpress.az xəbər verir ki, Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri yaşayış binasının […]

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1109 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]