--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:16 1038 baxış

Bakının Suraxanı rayonunda bir neçə yol hissəsində təmir işləri aparılacaq. İşlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bununla bağlı məlumat yayıb.Məlumata görə, məhdudiyyət oktyabrın 2-si saat 14:00-dan qüvvəyə minəcək. Təmir işləri Zığ şossesinin beton yol hissəsində, “MİDA” Yaşayış Kompleksinə aparan avtomobil yolunda, həmçinin kompleksdən Zığ şossesinə və hava limanı istiqamətində çıxış yolunda həyata keçiriləcək.Agentlik sürücülərə həmin ərazilərdən keçərkən diqqətli olmalarını və mümkün olduğu halda alternativ marşrutlardan yararlanmalarını tövsiyə edib.

Sürücülərdən yollarda aparılan təmir işlərini nəzərə almaları və hərəkət zamanı yol hərəkəti qaydalarına uyğun davranmaları xahiş olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda hakimlərin sayı 800 nəfərə çatdırılacaq

Next Article

Xankəndidə tələbələr üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:55 1040 baxış İnformasiya texnologiyaları üzrə ixtisaslaşan ayrıca ali məktəbin yaradılması təklif olunur Elpress.az xəbər verir ki, Azərbaycanda informasiya texnologiyaları və digər texnoloji istiqamətlər üzrə ixtisaslaşacaq ayrıca ali təhsil […]

Güclü küləklə bağlı xəbərdarlıq edildi

Aysel Əlibəyli 19 İyul 2026 · 16:59 1090 baxış Bakıda və bir sıra rayonlarda güclü külək əsəcək Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də ölkənin bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı […]

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1064 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]