Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq
Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir. Gecə temperaturu 23-26°, gündüz isə 31-36° isti təşkil edəcək. Gün ərzində küləyin istiqamətinin şimal-qərbdən şimal-şərqə dəyişəcəyi bildirilir.Ölkənin rayonlarında isə əsasən şimal və qərb bölgələrindən başlayaraq bəzi ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə yağıntıların daha intensiv olacağı gözlənilir.Rayonlarda havanın temperaturu gecə 22-26°, gündüz 32-37°, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.


