Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibinə daxil edilməyib.
Elpress.az xəbər verir ki, bu barədə qərar YAP-ın yeni seçilmiş İdarə Heyətinin ilk iclasında qəbul olunub.
Qeyd edək ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də Veteranlar Şurasının yeni tərkibində yer almayıb.


