Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun Yeni Azərbaycan Partiyasında (YAP) yeni vəzifəyə gətiriləcəyi bildirilir.
Elpress.az xəbər verir ki, onun partiyanın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi gözlənilir.
İclasda, həmçinin Təftiş Komissiyasına və Gənclər Birliyinə sədr seçilməsi məsələlərinin müzakirə olunacağı qeyd edilir.
Xatırladaq ki, YAP Veteranlar Şurasının hazırkı sədri Arif Rəhimzadədir.


